Husqvarna-ya xoş gəlmisiniz Azerbaijani

Biz qlobal bazarda açıq havada işləyən elektrikli avadanlıqların dileriyik. Məhsullarımızdan istifadə edən peşəkarlar və tələbkar istehlakçılar meşələrdə, parklarda və bağlarda işləyə bilirlər.

Logger with Chainsaw 572 XP

Haqqımızda

"Elektrikli mişarlar, robot otbiçənlər, trimmerlər və oturacaqlı otbiçənlər də daxil olmaqla, geniş çeşiddə müasir məhsul və aksesuarlar təklif edirik. Biz müştərilərimizə təbiətdə işləmək imkanı verən məhsullar hazırladığımıza inanırıq.

1689-cu ildən etibarən yüksək performanslı məhsullar istehsal edən şirkətimiz elektrikli mişarlarda anti-vibrasiya və avtomatik zəncirvarı qırılma kimi sənayeni dəyişən yeniliklər, eləcə də dünyanın ilk kommersiya robot otbiçən maşınını təqdim edib.

Yüksək performans, istifadəyə yararlılıq və təhlükəsizliyin unikal kombinasiyasının birləşdiyi məhsullarımızla işinizi həmişə səmərəli, rahat və effektiv şəkildə yerinə yetirəcəyinizdən əminik."

Bizim çeşidimiz

CLG Dealer entrance

Yerli nümayəndəmizlə danışın

Məhsullarımız və ya xidmətlərimizlə bağlı hər hansı sualınızı cavablandırmaqdan məmnun olarıq. Bizimlə əlaqə saxlamaq üçün aşağıdakı məlumatlardan istifadə edin.

Alman Texnikalari Evi LLC
A. M. Cuma str. 32 AZ 1072 Baku , Azerbaijan
Tel. +994 125652323 Mob. +994 552063700
info@atemmc.com
www.atemmc.com

Husqvarna-nın meşə və bağ məhsulları bölməsindəsiniz Azerbaijani

325 ildən çoxdur ki, Husqvarna peşəkarları yeni və unikal meşə, park, eləcə də bağ məhsulları ilə təmin edir. Yüksək performansın istifadəyə yararlılıq və təhlükəsizlik tələblərinə cavab verməsini təmin edərək, işi səmərəli şəkildə yerinə yetirməyinizə kömək edirik. Husqvarna elektrikli mişarlar və kəsicilərdən tutmuş robot otbiçənlərə qədər hər şeyi əhatə edən geniş və yenilənən çeşiddə məhsul və aksesuarlar təklif edir.